"Ölkələrimizə qarşı dezinformasiya kampaniyaları aparılır" - HİKMƏT HACIYEV

“Türk dünyasına, ölkələrimizə qarşı da beynəlxalq miqyasda dezinformasiya kampaniyaları aparılır. Azərbaycan müstəqilliyinin ilk günündən belə kampaniyaların ön sırasında olub” -  bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Türk Şurası mediaforumunda çıxışı zamanı deyib.
“Bu gün də çox təəssüf ki, ölkəmizə qarşı bu cür kampaniyalar aparılır. Buna qarşı mübarizənin ən vacib və önəmli rolu həqiqətin düzgün formada çatdırılmasıdır. Həqiqətin çatdırılması üçün də birgə işləməyimiz və bir-birimizə qarşılıqlı şəkildə dəstək verməyimiz çox vacibdir”, - o bildirib.


Tarix: 22-10-2021, 12:03 Oxunub: 245


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031