Masallı sakini Kürdəmirdə yas mərasimində bıçaqlandı

Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib.
Hadisə Karrar qəsəbəsində qeydə alınıb.
Belə ki, Masallıdan Kürdəmirə yas mərasiminə gələn 35 yaşlı Tomarov Rais Əzizağa oğlu mübahisə zəminində Kürdəmir rayonunun Xınıslı kənd sakini, 28 yaşlı Azaylı Bilal Ayadxan oğlu tərəfindən bıçaq xəsarəti alıb.
Yaralı ətrafdakı insanlar tərəfindən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hadisəni törədən Bilal Ayazlı polis əməkdaşları tərəfindən saxlanılıb.
Hazırda faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.
Unikal.org 


Tarix: 20-09-2021, 07:29 Oxunub: 574


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031