Sosial şəbəkədə azyaşlı qızları əxlaqsızlığa cəlb edən HAKİM QARŞISINDA

Bakıda azyaşlı qızları fahişəliyə cəlb etməkdə təqsirli bilinən Mehdiyev Cəlal Əli oğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Cinayət işi baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib. Prosesə hakim Tural Ələkbərov sədrlik edəcək.
Qeyd edək ki, Cəlal Mehdiyev sosial şəbəkədə azyaşlı qızlara hədə-qorxu gələrək, onları fahişəliyə cəlb edib. Şikayət əsasında Cəlal Mehdiyev Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
İstintaq orqanı tərəfindən Cəlal Mehdiyevə Cinayət Məcəlləsinin 171.1-ci (yetkinlik yaşına çatmayanı fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etmə) və 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddələri ilə ittiham elan edilib.


Tarix: 27-01-2021, 22:44 Oxunub: 664


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930