Şəhid ailəsi üzvlərinin bir hissəsi azadlığa buraxılıb

"Vətən müharibəsində şəhid olmuş şəxslərin cəzaçəkmə müəssisələrində olan valideynləri, yaxın qohumlarının bir hissəsi azadlığa buraxılıb” -  bunu Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəisi Malik Ələkbərov 2020-ci ilin yekunlarına həsr olunmuş videokonfransda deyib.
Onun sözlərinə görə, həmin şəxslərin sayı 30-dan çoxdur və dəqiq uçotu hazırlanıb: “Qanunun yol verdiyi hallara uyğun olaraq onların bir hissəsi şərti azadlığa buraxılıb, bir hissəsinin həbs qətimkan tədbiri dəyişdirilib, bir şəhid ailəsi oğlunun dəfnində iştirak etmək üçün səfərə buraxılıb”.


Tarix: 25-01-2021, 11:29 Oxunub: 302


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031