Nazirlik Qarabağ qazisinin uşaqlıq arzusunu reallaşdırdı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları müharibədə yaralanan Elçin Sultanovu evində ziyarət edib.
Nazirlikdən verilən məlumata görə, atası Elçinin uşaqlıq arzusunun öz foto xidmətini yaratmaq olduğunu bildirib.
E.Sultanov cəbhəyə getməzdən əvvəl də fotoqraf işləyib. Lakin özünün foto xidmətini qurmaq üçün avadanlıqlar almağa imkanı olmayıb.
Nazirliyin əməkdaşları Elçinlə görüşüb, ailəsinin sosial vəziyyəti ilə tanış olublar. İstəyinə uyğun olaraq o, foto xidmətini yaratmaq üçün qısa bir müddətdə, növbədənkənar özünüməşğulluq proqramına cəlb edilib.
Elçinə lazımı avadanlıqlar (fotoaparat, rəngli fotoprinter, kompüter, ştativ, fotolampa və s. aksesuarları) evində təqdim edilib. Beləliklə, qazimiz uşaqlıq arzusunu indi gerçəkləşdirə biləcək.
Elçinin valideynləri və qardaşı da işləyir. Nazirlik yaxın günlərdə Elçinin əlilliyinin qiymətləndirilməsini də aparacaq. Əlillik dərəcəsi təyin edildikdə, o, hər ay təqaüd və müavinət alacaq.


Tarix: 11-12-2020, 19:12 Oxunub: 408


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031