11:06 / 03-08-2026
Paşa Hadıyev: "Regional əməkdaşlığın yeni mərhələsi"
10:31 / 03-08-2026
Anar Nəbiyev: "Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi məkana çevrilib"
07:01 / 03-08-2026
Rektor Anar Eminov: "Düzgün ixtisas seçimi gənclərin gələcəyinə, ölkənin sabahına verilən strateji qərardır”
06:59 / 03-08-2026
Rektör Anar Eminov: "Doğru bölüm tercihi, gençlerin geleceğine ve ülkenin yarınlarına yapılan stratejik bir yatırımdır."
13:31 / 01-08-2026
Anar Eminov: “Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbit olunması Ümummilli lider Heydər Əliyevin öz xalqı, vətəni qarşısında müstəsna xidmətlərindən idi”
10:03 / 31-07-2026
Mingəçevir Dövlət Universiteti ali təhsil müəssisələrinin sərgisində təmsil olunur
08:32 / 30-07-2026
"Onkoloji xəstəlik qorxulu deyil, sağalan xəstəlikdir, bunun üçün həkimlə dostluq etmək lazımdir" - Elçin Mansurov
09:29 / 29-07-2026
Rektör Anar Eminov: “Bilimsel Gelişim, Hedef Odaklı Strateji ve Akademik Mükemmeliyetin Bir Sonucudur”
09:16 / 29-07-2026
Anar Eminov: “Elmi inkişaf məqsədyönlü strategiya və akademik mükəmməlliyin nəticəsidir”
14:45 / 28-07-2026
Anar Nəbiyev: "Azərbaycan dili milli və bəşəri dəyərləri ehtiva edir"
09:35 / 28-07-2026
Polad Ağakişiyev: "Dilimiz həmrəyliyimizin sarsılmaz təməlidir"
09:27 / 28-07-2026
Atlaz Rzayinin sənət bağçasından bir neçə yarpaq...
09:11 / 28-07-2026
SAHİB İBRAHİMOVUN DOĞUM GÜNÜDÜR!!!
16:24 / 24-07-2026
Esmira Şıxməmmədova: "Qarşılıqlı faydalı əməkdaşlıq modeli"
16:18 / 24-07-2026
YAP Qazax rayon təşkilatının yaradılmasının 33 illiyi münasibətilə tədbir keçirilib
13:23 / 24-07-2026
Anar Nəbiyev: Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ
05:37 / 23-07-2026
“Nə? Harada? Nə Zaman?” intellektual oyunu bu dəfə ŞƏKİDƏ...
18:31 / 22-07-2026
Qazaxda Milli Mətbuat Günü qeyd olunub
11:56 / 22-07-2026
Anar Eminov: "Ulu öndər Heydər Əliyev milli mətbuata dövlət qayğısının unikal nümunəsini yaratdı"
10:19 / 21-07-2026
Paşa Hadıyev: "Cəmiyyətin güzgüsü"
15:44 / 20-07-2026
Anar Nəbiyev: Ölkəmizdə ən müasir tələblərə cavab verən media mövcuddur
22:40 / 17-07-2026
Anar Eminov: "Gələcəyin universitetləri yaşıl düşüncənin, elmi innovasiyanın və sosial məsuliyyətin qovuşduğu məkan olacaq"
14:23 / 17-07-2026
Murğuz Alıyev: Uğurla inkişaf edən münasibətlər
11:31 / 15-07-2026
Anar Nəbiyev: "Şuşa əməkdaşlıq məkanına çevrilib"
15:11 / 14-07-2026
Qazaxda Ümummilli Lider Heydər Əliyevin 14 iyul 1969-cu il tarixdə Azərbaycanda siyasi hakimiyyətə gəldiyi gün münasibətilə tədbir keçirilib
08:40 / 08-07-2026
Çingiz Məmmədov: Qarşılıqlı faydalı münasibətlə
21:59 / 07-07-2026
"Qazaxda qonağa hörmət, sənətə məhəbbət və Vətən sevgisi hər zaman uca tutulur" - Rauf İlyasoğlu
10:53 / 07-07-2026
Anar Nəbiyev: "Azərbaycan-Avropa İttifaqı: əlaqələrin yeni mərhələsi"
"Qazaxda qonağa hörmət, sənətə məhəbbət və Vətən sevgisi hər zaman uca tutulur" - Rauf İlyasoğlu
Qazax rayonunun Çaylı kəndində istedadlı şair Rəfail Qurbanoğlunun "Hələ deyilməmiş sözüm var mənim" adlı yeni şeirlər kitabının möhtəşəm təqdimat mərasimi keçirildi. Əsl söz və sənət bayramını xatırladan bu tədbir Qazaxın zəngin ədəbi mühitinin, saz-söz ənənələrinin yaşadığını və yeni nəfəs qazandığını bir daha nümayiş etdirdi.
Bölməyə aid digər xəbərlər
Qazax rayonunun Çaylı kəndində istedadlı şair Rəfail Qurbanoğlunun "Hələ deyilməmiş sözüm var mənim" adlı yeni şeirlər kitabının möhtəşəm təqdimat mərasimi keçirildi. Əsl söz və sənət bayramını xatırladan bu tədbir Qazaxın zəngin ədəbi mühitinin, saz-söz ənənələrinin yaşadığını və yeni nəfəs qazandığını bir daha nümayiş etdirdi. Qazax ziyalılarının, söz xiridarlarının, görkəmli aşıqların, media nümayəndələrinin, şair və yazıçıların iştirakı ilə baş tutan səmimi və yaddaqalan məclisi tanınmış şair, pedaqoq, qabaqcıl müəllim Rayət Əli açaraq qonaqları salamladı.
İlk öncə Azərbaycanın müstəqilliyi, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edildi.
Tədbirin aparıcısı və təşkilatçısı Rayət Əli çıxışında Rəfail Qurbanoğlunun zəngin və çoxşaxəli yaradıcılığından geniş bəhs edərək bildirdi ki, o, sağlamlıq imkanları məhdud olduğundan orta məktəbdə təhsil ala bilməsə də, evdə qardaş və bacılarının dərs hazırlamasını izləyərək yazıb-oxumağı öyrənmiş, sonralar isə aşıq mühitində yetişərək bir-birindən gözəl qoşmalar, gəraylılar, cığalı təcnislər, deyişmələr və poemalar yaratmışdır. O qeyd etdi ki, Rəfail Qurbanoğlu fitri istedadı, zəhmətsevərliyi və sözə sonsuz sevgisi sayəsində Qazax ədəbi mühitində özünəməxsus yer tutmuş sənətkarlardandır.
Rayət Əli xüsusi vurğuladı ki, Rəfail Qurbanoğlunun "Mənim qibləgahım Qazaxdır" və "Hələ deyilməmiş sözüm var mənim" kitablarının ərsəyə gəlməsində "Həkəri" qəzetinin baş redaktoru, şair-publisist Rauf İlyasoğlunun böyük zəhməti olmuşdur. O qeyd etdi ki, Rauf İlyasoğlu şairin sosial şəbəkələrdə yayımlanan şeirlərini toplayaraq kitab halına salmış, redaktə etmiş, nəşrə hazırlamış və bununla da həm Rəfail Qurbanoğlunu, həm də bütün qazaxlıları sevindirən xeyirxah bir iş görmüşdür. Bu, təkcə bir müəllifə deyil, ümumilikdə Qazax ədəbi irsinə göstərilən böyük xidmət kimi yüksək qiymətləndirildi.
Tədbirdə iştirak edən Qazaxın ağsaqqal şairi, 90 yaşlı Bilal Qoca kitabın hazırlanmasında əməyi olan hər kəsə minnətdarlığını bildirdi, Rəfail Qurbanoğlunu yeni kitab münasibətilə təbrik etdi və özünün "Poemalar" kitabını Rauf İlyasoğluna hədiyyə etdi. Ağsaqqal şairin xeyir-duası və səmimi arzuları məclis iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılandı.
Qazax–Tovuz Regional Aşıqlar Birliyinin sədri, ustad sənətkar, respublikada böyük nüfuz sahibi Aşıq Camoy Qurbanovun tədbirdə iştirakı Rəfail Qurbanoğlunun yaradıcılığına verilən yüksək dəyərin bariz nümunəsi idi.
Aşıq Camoy qonaqları salamlayaraq dedi:
— Rauf İlyasoğluna təşəkkür edirəm. O, bu kitabları çap etdirməklə neçə-neçə sınıq qəlbi sevindirib. Elə bil ki, Həcc ziyarətindən qayıdıb.
Bu səmimi və ürəkdən gələn sözlər tədbirdə alqışlarla qarşılandı.
Ötən il 70 illik yubileyi dövlət səviyyəsində təntənə ilə qeyd olunan ustad sənətkar olan Aşıq Camoy bu müdrik yaşında sazı sinəsinə basaraq məlahətli səsi ilə ifa etdiyi saz havaları ilə məclisə xüsusi ovqat bəxş etdi. Ustadın ifaları tədbir iştirakçılarını Qazax aşıq məktəbinin zəngin ənənələri ilə bir daha qovuşdurdu.
Sonra söz təqdim olunan kitabların redaktoru, şair-publisist Rauf İlyasoğluna verildi.
Rauf İlyasoğlu çıxışında bildirdi ki, Rəfail Qurbanoğlunun hər bir şeiri özünəməxsus poetik dəyərə malikdir. Onun əsərlərində Vətən sevgisi, yurd həsrəti, insanlıq, dostluq, milli-mənəvi dəyərlər və həyat həqiqətləri yüksək bədii ustalıqla ifadə olunmuşdur.
O qeyd etdi ki, Rəfail Qurbanoğlu təkcə söz sənətində deyil, tətbiqi sənətdə də fitri istedad sahibidir. Belə ki, kibrit çöplərindən hazırladığı nərd taxtası, məscid, avtomobil və digər sənət nümunələri onun incə zövqünün, səbir və bacarığının parlaq göstəricisidir.
Daha sonra müğənni Ziba Sevindik Rəfail Qurbanoğlunun "Qazaxlıyam mən" şeirini muğam üstündə özünəməxsus tərzdə ifa etdi. Onun təsirli ifası, zərif rəqsi və səhnə mədəniyyəti tədbir iştirakçılarına unudulmaz anlar yaşatdı.
Bakıdan gəlmiş, əslən Gədəbəydən olan aşıq və bəstəkar Ceyhun Qurbansoy Rəfail Qurbanoğlunun sözlərini "DASTANI" aşıq havası üstündə böyük məharətlə səsləndirdi. Coşqu ilə qarşılanan ifa gurultulu alqışlarla müşayiət olundu. Alqış sədaları sanki Göyəzən dağının zirvələrinə qədər yüksəldi.
Çaylı kənd sakini, İraq Azərbaycan Mədəni Əlaqələr ictimai birliyinin fəal üzvü, sözə, şeirə və sənətə vurğun Aydın Qalyanoğlu çıxış edərək dedi:
— Təxminən on il əvvəl Rauf İlyasoğlunu Rəfail Qurbanoğlu ilə tanış etdim . Həmin gündən başlayaraq "Həkəri" qəzetində Rəfailin şeirləri mütəmadi olaraq dərc olunmağa başladı. Cəmiyyətimizin sədri Tahirə Məmmədova da bu nəcib təşəbbüsü həmişə yüksək qiymətləndirirdi.
Bu gün Rəfail Qurbanoğlunun iki kitabının işıq üzü görməsində böyük əməyi olan Rauf müəllimə dərin təşəkkürümü bildirirəm.
Yenicə əməliyyat olunmasına baxmayaraq bu məclisə gəlməsi məni çox sevindirdi. Həmçinin Aşıq Camoy qardaşıma da minnətdaram ki, məni öz avtomobili ilə bu gözəl söz bayramına gətirdi.
ATİA.AZ saytının baş redaktoru Aydın Adıgözəlli, prinsipial və vətənpərvər jurnalist Elnur Quliyev Rəfail Qurbanoğlu təbrik edərək ona yeni yaradıcılıq uğurları və cansağlığı arzuladılar.
Şairlərdən Şərqiyyə Qazaxlı, Saday Eminov və Bayram Aşıqlı Rəfail Qurbanoğlunu ürəkdən təbrik etdilər və şeirlər söylədilər.
Sazlı-sözlü, nəğməli kitab təqdimatının təşkilatçısı Rayət Əli tədbirin sonunda Rəfail Qurbanoğlunun "Hələ deyilməmiş sözüm var mənim" kitabını və Qazax şairlərinin əsərlərinin yer aldığı "Həkəri" qəzetinin son nömrəsini iştirakçılara hədiyyə etdi.
İstedadlı gənc aşıqlar Samir Cəlaloğlu və Alı Qazaxlı da rəngarəng ifaları ilə məclisə xüsusi gözəllik qatdılar. Sazın ecazkar sədaları, oxunan şeirlər və səmimi söhbətlər tədbirə toplaşan hər kəsin qəlbində silinməz iz buraxdı.
Tanınmış həkim Gülməmməd Gülməmmədov sonsuz sevincini bildirərək xalası oğlu Rəfail Qurbanoğlunu ürəkdən təbrik etdi və təqdim olunan kitabı ərsəyə gətirənlərə əhsən dedi.
Rəfail Qurbanoğlu tədbirdən çox sevindi və yeni yazdığı şeirini oxudu.
Şair Rəfailin qardaşı Məhərrəm Əhmədov tədbir iştirakçılarına sonsuz təşəkkürünü bildirdi və sevincdən qəhərləndi.
Rayət Əli tədbirin möhtəşəm keçməsinə dəstək olan Qazax yurdunun səxavətli oğulları, Xəyyam Çaylıya və Kərəm Axundova sonsuz təşəkkürünü bildirdi .
Daha sonra bol nemətli süfrə arxasında səmimi söhbətlər davam etdirildi, qonaqlar müəlliflə xatirə şəkilləri çəkdirdilər, ona yeni yaradıcılıq uğurları arzuladılar, kitablarını imzalatdılar və xoş təəssüratlarla məclisdən ayrıldılar.
Bu möhtəşəm təqdimat bir daha sübut etdi ki, Qazax elində sözə, saza və sənətə olan məhəbbət yaşayır və yaşayacaq. Belə tədbirlər milli ədəbi irsimizin qorunmasına, yeni istedadların tanıdılmasına, gənc nəslin kitaba və poeziyaya marağının artırılmasına mühüm töhfə verir.
Rəfail Qurbanoğlunun "Hələ deyilməmiş sözüm var mənim" kitabının təqdimatı Çaylı kəndinin ədəbi-mədəni həyatında yaddaqalan hadisəyə çevrildi.
Tədbiri videoya çəkərək yayımlayan AE studiyasının rəhbəri , kameraman Asif Zöhrabova , musiqiçi, sintezatorçu Oqtay Dursun oğluna
təşəkkürümüzü bildiririk .
Bu söz bayramı iştirakçıların yaddaşında uzun illər xoş xatirə kimi yaşayacaq və bir daha təsdiqlədi ki, həqiqi sənətə verilən dəyər heç vaxt itməyəcək.
P.S.
Bu mənalı səfər bizim üçün təkcə bir kitab təqdimatında iştirak etmək deyil, həm də doğma Qazaxın qədim tarixi, zəngin mədəniyyəti və qonaqpərvər insanları ilə yenidən görüşmək imkanı oldu.
Bakıdan sürət qatarı ilə Qazağa gəldikdən sonra bizi qələm dostumuz Rayət Əli səmimiyyətlə qarşıladı. Jurnalist həmkarım Aydın Adıgözəlli və aşıq-bəstəkar Ceyhun Qurbansoyla birlikdə Qazax şəhərinin mərkəzində yerləşən Olimpik Oteldə qonaq olduq. Yüksək qonaqpərvərliyə, göstərilən diqqət və qayğıya görə otelin rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk.
Rayət Əli, Aydın Adıgözəlli və Elnur Quliyevlə birlikdə əzəməti ilə hər kəsi valeh edən Göyəzən dağını seyr etdik, Damcılı və Məmməd Koxa bulaqlarının saf və şəfalı suyundan doyunca içdik. Sürücümüz, rayonun orta məktəblərinin birində idman müəllimi işləyən Elvin Rayətoğlu bizi Qazağın görməli yerləri ilə tanış etdi.
Səfər çərçivəsində Qazaxın Mütəfəkkirlər parkını gəzərək xalqımızın görkəmli şəxsiyyətlərinin xatirəsini ehtiramla yad etdik, həmçinin Şəhidlər xiyabanını ziyarət edib Vətən uğrunda canlarını fəda etmiş qəhrəman oğullarımızın ruhuna dualar oxuduq.
Qazaxdan yenə də qəlbimiz sözlə, ruhumuz sazla, yaddaşımız isə unudulmaz xatirələrlə ayrıldıq. Çünki bu eldə qonağa hörmət, sənətə məhəbbət və Vətən sevgisi hər zaman uca tutulur.
Rauf İLYASOGLU
"Həkəri" qəzetinin baş redaktoru,
şair-publisist
Tarix: 7-07-2026, 21:59 Oxunub: 488
Bölməyə aid digər xəbərlər
24-03-2026, 18:17
"Axır ki, mənə də sahib çıxan tapıldı..."
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
12-05-2025, 20:56
Fuad Əbdürrəhmanovun xatirəsi yad edildi
6-06-2025, 21:32
Şair Rayət Əlinin 65 illik yubileyi qeyd olundu
6-07-2026, 18:06
Qazaxın Çaylı kəndində ədəbi bayram: Şair Rafayıl Qurbanoğlunun ikinci kitabı işıq üzü gördü
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
26-06-2025, 13:46
AMEA-da şair Vaqif Aslanın 75 illik yubileyi qeyd edilib
8-07-2022, 01:13
İsmayıl Şıxlının 103 illiyi münasibətilə tədbir keçirilib... - QAZAXDA ... - .... (YENİLƏNİB)
5-07-2025, 12:20
Milli poeziyamızın Vaqif Aslan mərtəbəsi
15-10-2021, 14:05
Qazaxda şəhidin adı əbədiləşdirildi
7-05-2026, 19:32
Fəridə Ləmanın Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr etdiyi “Onu zaman seçib” kitabının təqdimat mərasimi keçirildi
31-07-2023, 15:02
Rayət Əlinin "AZƏRBAYCAN İDMANI" dastanı - Azərbaycan idmanı tarixində nəzmlə yazılan yeganə dastandır.
8-12-2022, 13:46
Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə bağlı anım mərasimi keçirildi - FOTOLAR
21-03-2021, 09:03
Qızlar məktəbi açmasın deyə öldürmək istədilər, NKVD zirzəmisində döyülməkdən ürəyi partladı - Dəhşətli faktlar!
1-03-2021, 00:04
TƏBİƏTDƏN, GÖZƏLLİKDƏN İLHAMLANAN VƏTƏNPƏRVƏR ŞAİR -- RAYƏT ƏLİ…
6-05-2022, 15:40
Hərbi Prokurorluqda Heydər Əliyevin xatirəsi anıldı - Foto
















