"Vətənimdir Azərbaycan!” adlı layihənin icrasına start verilib

     1 may 2026-cı il tarixindən etibarən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi-nin maliyyə dəstəyi ilə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi tərəfindən həyata keçirilən “Vətənimdir Azərbaycan!” adlı layihənin icrasına başlanılmışdır.


Layihənin əsas məqsədi Azərbaycan milli geyimlərinin, xüsusilə milli baş örtüyümüz olan kəlağayının həm ənənəvi, həm də müasir formada təqdim olunması, onun tarixi, hazırlanma texnologiyasının geniş ictimaiyyətə çatdırılması, gənclər arasında milli-mənəvi dəyərlərə marağın artırılmasıdır.


Layihə çərçivəsində Bakı şəhərində, həmçinin Şamaxı və Sabirabad rayonlarında silsilə mədəni-kütləvi tədbirlər təşkil olunacaqdır. Bu tədbirlər zamanı milli geyimlərin sərgiləri keçiriləcək, konsert proqramları təqdim olunacaq, Azərbaycan bölgələrinə aid milli geyimləri əks etdirən rəqəmsal kataloq nümayiş etdiriləcəkdir.


Layihənin icra müddəti 2 ay (01 may – 30 iyun 2026-cı il) təşkil edir. Layihə milli irsimizin qorunmasına, gənc nəslin milli kimliyə bağlılığının gücləndirilməsinə və Azərbaycan mədəniyyətinin təbliğinə töhfə verməyi hədəfləyir.


Tarix: 6-05-2026, 10:04 Oxunub: 326


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930