Qazaxda “Azərbaycan bayramlar diyarıdır” mövzusunda tədbir keçirilib - Qazaxda

    Martın 19-da Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı  Daş Salahlı kənd 1 saylı tam orta məktəb ərazi partiya təşkilatında Novruz və müqəddəs Ramazan bayramları münasibətilə “Azərbaycan bayramlar diyarıdır” mövzusunda tədbir keçirilib.

     Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və müqəddəs şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

     Məktəbin qarşısındakı geniş meydanda Bayram tonqalı çatılıb, tədbirin keçirildiyi zala yaraşıqlı xalça salınıb, xalçanın üzərinə rayonumuzun adət-ənənələrini əks etdirən qədim əşyalar qoyulub. Novruzun simvolu olan şəkərbura, paxlava və səmənili xonçalar göz oxşayıb.  

     Tədbirdə iştirak edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, ərazi partiya təşkilatının sədr müavini Söylü Pirməmmədova, partiya fəallarından Sevda Əliyeva və başqaları çıxış ediblər. Natiqlər fəxr və qürurla söyləyiblər ki, min illərdir xalqımız yazın gəlişini bayram edir, əsrlərin sınağından çıxmış adət-ənənələri qoruyub yaşadır. XXI əsrdə yaşasaq da, milli adət-ənənələrimizi bu gün də sevə-sevə yaşatmaqla keçmişimizə hörmət, gələcəyimizə ümidlə baxırıq.  

     Bayram tədbirində şagirdlər rəqs edib, mahnı səsləndirib, milli adət-ənənələrimizə uyğun maraqlı səhnələr nümayiş etdiriblər.



Tarix: 19-03-2026, 17:33 Oxunub: 457


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930