225 nömrəli tam orta məktəbdə Zəfərimizin 5 illiyinə həsr olunmuş mötəşəm bilik yarışması...

Bakı şəhəri T.Abbasov adına 225 nömrəli tam orta məktəbdə “Konstitusiya və Suverenlik ili” çərçivəsində Zəfərimizin 5 illiyinə həsr olunmuş möhtəşəm tədbir və məktəblilər arasında bilik yarışması təşkil olunub.

Tədbir və yarışmanın məqsədi şagirdlərdə vətənpərvərlik hissini möhkəmləndirmək, müstəqil Azərbaycanın qazandığı möhtəşəm Zəfərin əhəmiyyətini gənc nəslə aşılamaq olub.

İnformatika müəllimi Roza Qasımovanın təşkil etdiyi bilik yarışması şagirdlər və pedaqoji kollektiv tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb. Yarışmada məktəblilər öz biliklərini nümayiş etdirib, vətən, dövlətçilik və qəhrəmanlıq mövzularında parlaq çıxışlar ediblər.

İbtidai sinif müəllimi Aysel Əlisultanovanın rəhbərliyi ilə hazırlanan Zəfər müjdəli  möhtəşəm proqram və şagirdlərin ifaları tədbir iştirakçılarının alqışları ilə müşayiət olunub.

Tədbirdə məktəbin direktoru Sevda Eminova, direktor müavini, Türk Dünyası Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru Zenfira Nusalova çıxış edərək, Zəfərin Azərbaycan xalqı üçün tarixi və mənəvi əhəmiyyətindən danışıblar. Onlar qeyd ediblər ki, belə tədbirlər gənc nəsildə vətənə sevgi, dövlətə sədaqət və milli dəyərlərə bağlılıq hisslərini gücləndirir.

Sonda Zəfər Gününə həsr olunmuş tədbir məktəb kollektivi və şagirdlərin ifasında səslənən “Qarabağ Azərbaycandır!” şüarı ilə yekunlaşıb.



Tarix: 6-11-2025, 19:35 Oxunub: 1 128


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930