“Milli Qəhrəmanlarımız” layihəsi davam edir

       Xəbər verdiyimiz kimi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Milli Qəhrəmanlarımız” layihəsi çərçivəsində 2025-ci ildə yubileyləri olan Milli Qəhrəmanlar haqqında videoçarxlar hazırlanır.

         Növbəti dördüncü videoçarx Vətənimizin azadlığı,  dövlətçiliyimizin qorunması və suverenliyimiz uğrunda qəhrəmanlıq göstərən igidlərimiz haqqında Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə başlayır. Azərbaycanın Milli Qəhrəmanları Maşallah Abdullayev, Etibar Əliyev, Tabil Həsənov, Yevgeni Karlov, Rafiq Alıcanov, Faiq Əmirov, Novruz Qurbanov, Zabit Quliyev haqqında məlumat verilir, onların şərəfli döyüş yolu işıqlandırılır. Videoçarxın “Təltiflər” və “Xatirəsi” bölmələrində Milli Qəhrəmanların təltifləri və xatirələrinin əbədiləşdirilməsi haqqında məlumat var. 

         Videoçarxda məlumat verilən igid Milli Qəhrəmanın beş nəfəri Qarabağ müharibələrində, bir nəfər “Talış-Muğan Respublikası” yaratmaq iddiası ilə çıxışın dəf edilməsi (1993), iki nəfər 13-17 mart (1995) tarixlərində dövlət çevrilişinə cəhdin qarşısının alınması zamanı qəhrəmanlıq göstərmişdilər.

Videoçarx kitabxananın YouTube kanalında nümayiş olunur:


Tarix: 18-08-2025, 14:59 Oxunub: 556


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930