"Peşəkar jurnalistin vəzifəsi həqiqəti üzə çıxarmaq və obyektiv informasiyanı cəmiyyətə çatdırmaqdır" - Oubai Şahbandar

    "Bugünkü media mühitində istənilən şəxs - istər sosial şəbəkə istifadəçisi, istərsə də bloger özünü tənqidçi və hətta araşdırmaçı jurnalist kimi təqdim edə bilir. Bu, medianın demokratikləşməsi baxımından müsbət görünsə də, eyni zamanda bizim - peşəkar jurnalistlərin məsuliyyətini daha da artırır" -  bu sözləri “AnewZ” telekanalının müxbiri Oubai Şahbandar III Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən “İnnovativ yanaşmalar: Rəqəmsal dövrdə media savadlılığı” mövzusunda paneldə deyib. O qeyd edib ki, peşəkar jurnalistlərin vəzifəsi hekayələr yaratmaq deyil, həqiqəti üzə çıxarmaq və obyektiv informasiyanı cəmiyyətə çatdırmaqdır. İnformasiya müharibəsinin reallığı ilə üz-üzə qaldığımız bu dövrdə xəbərlərin sürətlə yayıldığını və ictimai rəyə təsir etdiyini açıq şəkildə görürük.

      “Artıq cəmiyyət də bu prosesin bir hissəsinə çevrilib. Hər birimiz öyrənirik ki, məlumat haradan gəlir, kim tərəfindən yayılır və bu yayımın məqsədi nədir. Məhz bu sualları düşünmək və cavablandırmaq informasiya təhlükəsizliyinin əsas şərtidir.

Bu gün məlumatların şərh olunması, təhlil edilməsi və düzgün kontekstdə qiymətləndirilməsi üçün əvvəlkindən daha çox imkan yaranıb. Əsas məsələ isə bu imkandan düzgün istifadə metodu tapmaqdır.

Burada medianın və jurnalistikanın etik prinsipləri, obyektivliyi və məsuliyyətli yanaşması əsas rol oynayır. Yalnız bu halda biz cəmiyyətin etibarını qazana bilərik və informasiya xaosuna qarşı dayana bilərik”, - deyə Oubai Şahbandar əlavə edib.


AZƏRTAC


Tarix: 20-07-2025, 13:31 Oxunub: 480


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı
28-09-2024, 13:23 Prezident Fərman imzaladı


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930