Qazaxda əkin sahəsində kişi meyiti tapılıb

Qazax rayonunda əkin sahəsində orta yaşlı kişi meyiti aşkarlanıb.

Hadisə rayonun Ağköynək kəndi ərazisində qeydə alınıb.

Ağstafa rayon sakini S.Qurbanovun meyiti əkin sahəsində tapılıb. İlkin ehtimala görə, orta yaşlı kişinin ölümünə səbəb ürək tutması olub.

Məlumata görə, S.Qurbanovun meyiti əkin sahəsində özünə məxsus traktordan tapılıb. O traktorla əkin işləri edirmiş. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Tarix: 13-07-2025, 12:33 Oxunub: 3 071


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031