09:45 / 07-10-2026
Qazaxda mübahisə qan tökməklə yekunlaşdı- Video
10:43 / 06-10-2026
Rəna Bayramova: "Mühüm siyasi hadisə"
10:51 / 05-10-2026
Anar Nəbiyev: "YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
06:11 / 05-10-2026
"Həsrətin səndən də vəfalı imiş..." - Habil Əsgəroğlu
05:36 / 05-10-2026
Müəllimlik dünyada ən çətin, ən şərəfli peşədir
07:23 / 03-10-2026
Oğuzda “Müəllimə ehtiram, biliyə inam” adlı intellektual bilik yarışması keçirilib
15:13 / 01-10-2026
Babək Vələdov: İlk azad edilən şəhər
13:34 / 01-10-2026
Anar Nəbiyev: "Biz bu gün xalqımızın yeni tarixini yazırıq"
09:31 / 01-10-2026
Prokurorluq işçilərinin peşə bayramı - 01 oktyabr
06:05 / 01-10-2026
Kollec direktoru anım günündə özünə ad günü keçirtdi
17:34 / 30-09-2026
Gülnar Səmanın “Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub
14:17 / 30-09-2026
Anar Nəbiyev: "Qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu"
14:09 / 30-09-2026
"Şairlik hər ağıllıya qismət olmayan dəlilikdir" - Mürvət Qədimoğlu Həkəri
12:41 / 30-09-2026
Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular
14:57 / 28-09-2026
Polad Ağakişiyev: İqtisadi imkanlar şaxələndirilir
10:21 / 28-09-2026
Anar Nəbiyev: Azərbaycan investisiya cəlbediciliyini qoruyur
11:59 / 25-09-2026
Anar Nəbiyev: Bu tarix əbədi yaşayacaq
11:13 / 24-09-2026
Anar Nəbiyev: Dövlət proqramları ölkə iqtisadiyyatını gücləndirəcək
08:43 / 24-09-2026
Paşa Hadıyev: Dağ-mədən və metallurgiya sənayesində yeni mərhələ
15:35 / 23-09-2026
Asəf Salmanov: "Şəhidlər bizim qəlbimizdə əbədi yaşayacaq"
14:51 / 21-09-2026
Cavahir Əhmədova: Uğurlu siyasətin böyük nailiyyəti
11:46 / 21-09-2026
Anar Nəbiyev: Biz çox geniş coğrafi məkanda yerləşirik
09:16 / 21-09-2026
Çingiz Məmmədov - "Birliyin, həmrəyliyin təzahürü"
21:48 / 20-09-2026
Qazax Dövlət Sosial-İqtisadi Kollecində “acı bağırsağ”ı kim uzadır?
19:02 / 19-09-2026
Surə Qasımlı - "NİKAH MÜQAVİLƏSİ VƏ ONUN SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ"
06:14 / 19-09-2026
Paşinyan İlham Əliyevə minnətdarlığını bildirib
06:09 / 19-09-2026
Bakıda və Sumqayıtda ağacları qanunsuz kəsdilər: Təbiətə 40 min manata yaxın ziyan vuruldu
05:51 / 19-09-2026
DTX-dən 5 ölkədə sinxron əməliyyat: Azərbaycanda qətllər planlaşdıran 10 terrorçu həbs olundu - VİDEO
19:36 / 18-09-2026
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi hara baxır?! - ARAŞDIRMA
14:55 / 18-09-2026
Anar Nəbiyev: "Birliyin nümunəsi"
"Qatarda qisas" - Zorlandığı üçün 8 əsgər yoldaşını güllələyən və həbsxanada yatmayan Sakalauskas ...
Sovet ordusunda uzun illər həqiqi hərbi xidmətdə olan əsgər və serjantlar arasında “dedovşina” adlı rejim hökm sürüb. Heç bir hərbi nizamnamə ilə tənzimlənməyən “dedovşina” qanunlarına görə, daha çox xidmət edənlər yeni çağırışçıların, az xidmət edənlərin üzərində mütləq hakimiyyətə malik olublar.
Qatara dustaqları aparan xüsusi vaqon da qoşulub. Dustaqlar Novosibirskdə təhvil verilib və həmin vaqon bir nəfər bələdçi və 8 konvoyla geriyə, Leninqrada boş qayıdıb.
Bölməyə aid digər xəbərlər
Sovet ordusunda uzun illər həqiqi hərbi xidmətdə olan əsgər və serjantlar arasında “dedovşina” adlı rejim hökm sürüb. Heç bir hərbi nizamnamə ilə tənzimlənməyən “dedovşina” qanunlarına görə, daha çox xidmət edənlər yeni çağırışçıların, az xidmət edənlərin üzərində mütləq hakimiyyətə malik olublar.Bu münasibətlər işgəncələrlə, qidadan və yuxudan məhrum olunmaqla, alçaldıcı əməllərlə müşayiət olunub.
Xüsusilə, 1960-cı illərdən başlayaraq “dedovşina” rejimi sovet ordusunun hərbi hissələrində daha geniş vüsət alıb. Sözsüz ki, bu cür qeyri-qanuni münasibət forması bəzən böyük cinayət və faciələrə də səbəb olub.
1987-ci ilin fevral ayında baş verən hadisə kimi...
Hadisədən beş gün sonra,1987-ci ilin fevralın 28-də Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçov ölkənin ən yüksək vəzifəli hərbçilərini Kremlin iclas zalına toplayıb.
“Cəza xalçası”nın üstünə isə SSRİ-nin daxili işlər naziri general-polkovnik Aleksandr Vlasov və daxili qoşunların komandanı general-polkovnik Yuri Şatalin dəvət olunub.
Qəzəbli görünən Qorbaçov müşavirəni generallara müraciətlə başlayıb:
- Siz ütülü general mundirləri geyinib isti kabinetlərinizdə mürgülüyəndə, tabeliyinizdə olan hərbi hissələrin əsgərləri bir-birini zorlayıb, sonra da güllələyirlər.
Maraqlıdır, hansı hadisə Qorbaçovun qəzəblənməsinə səbəb olub? General-polkovnik rütbəsi daşıyan iki yüksəkçinlini hansı hadisə “xalça” üzərinə gətirib?
23 fevral 1987-ci ildə Leninqrad-Novosibirsk marşrutu ilə hərəkət edən 934 nömrəli poçt-baqaj qatarı Leninqraddan Novosibirskə istiqamət alıb.
Bələdçi mülki şəxs, konvoylar isə daxili qoşunların hərbçilərindən, bir gizir (praporşik), bir serjant və 6 sıravi əsgərdən ibarət olub. Qeyd edək ki, daxili qoşunlar SSRİ Daxili İşlər Nazirliyinin strukturuna daxil idi.
Vaqonda yolboyu əsgər yoldaşları tərəfindən 3-4 ay əvvəl xidmətə çağrılmış əsgər Arturas Sakalauskasa qarşı alçaldığı hərəkətlər, işgəncələr tətbiq edilib.
Əsgər yoldaşları və karaul rəisi praporşik Pilipenko stansiyaların birində əldə etdikləri spirtli içkilərin qəbulundan sonra daha da azğınlaşıblar.
Gecə saatlarında isə iki əsgər vaqonun tualetində onu zorlayıb. Bu hərəkət Arturas Sakalauskasın psixoloji durumuna ciddi təsir edib və o, nəyin bahasına olursa-olsun qisas almaq üçün fürsət axtarıb.
Səhərə yaxın Sakalauskas tualetə gedəndə karaul rəisinin kupesinin qapısının açıq olduğunu, özünün isə yatdığını görüb.
Kupedə yerləşən dəmir silah qutusu isə açıq olub. Sakalauskas kupeyə keçərək dəmir qutudan iki tapança və bir neçə güllə darağı götürüb, kupenin qapısını bağlayıb, praporşik Pilipenkonu iki güllə ilə öldürüb. Daha sonra o, kupedən çıxaraq vaqonun baş tərəfindəki konvoylar üçün nəzərdə tutulan kupeyə yaxınlaşıb və kupedəki 5 nəfər konvoyu da yerindəcə güllələyib.
Bələdçinin kupesində olan bir konvoy və bələdçi atəş səsinə çıxanda Sakalauskas onları da 4-5 atəşlə öldürüb. Bu ərəfədə qatar Leninqraddan 344 kilometr məsafədə olan Babayevo stansiyasına yaxınlaşıb.
Sakalauskas praporşik Pilipenkonun hərbi formasını geyinib, saatını, pullarını və bir ədəd tapança götürüb stansiyada düşüb. O, yaxınlıqdakı qəsəbədə orta yaşlı bir qadının evində bir günlük otaq kirayə edib. Ev sahibəsi yatdıqdan sonra Sakalauskas evdə olan kişi paltarlarını götürüb aradan çıxıb və Leninqrada yollanıb. Sakalauskas öz doğma vətəninə, Litvaya qaçmağı planlaşdırıb.
O, planlar cızdığı vaxt qatar Leninqrada çatıb.
Saatlarla dustaq daşıyan vaqonun qapılarının açılmaması dəmiryol işçilərinin şübhəsinə səbəb olub.
Hüquq-mühafizə orqanları əməkdaşlarına bu haqda məlumat verildikdən sonra, onların iştirakı ilə qapılar açılıb. Vaqonda 8 meyid aşkar olunub.
Hadisə ilə bağlı dərhal cinayət işi açılıb, istintaqa peşəkarlar cəlb olunub.
Qorbaçovun yenidənqurma və aşkarlıq siyasəti dövründə kütləvi informasiya vasitələrində hadisə sürətlə tirajlanmağa başlanıb. Məsələ ilə bağlı Kreml məlumatlandırılıb.
Qorbaçov baş vermiş cinayət üzrə aparılan istintaqa şəxsən nəzarət edib. Əsgər Anaları Komitəsi sərt bəyanatlarla çıxış ediblər.
İstintaqın ilk saatlarından cinayətin məhz Sakalauskas tərəfindən törədilməsi müəyyənləşib.
Onu axtarışa veriblər, Sakalauskasın şəkilləri Moskva və Leninqradda küçələrə, meydanlara, vağzallara vurulub.
Sakalauskas Litvaya keçməyini bir neçə gün ləngidib. Üç gün Leninqradda sərbəst gəzdikdən sonra o, küçələrdə öz şəkillərinə rast gəlib. Bundan sonra o, Litvaya yalnız qeyri-qanuni yollarla keçə biləcəyini mümkün sayıb. Amma planlarını həyata keçirə bilməyib. O, Leninqradda 47 saylı marşrurtda olarkən, sərnişinlərdən biri gördüyü şəkillərdən onu tanıyıb, növbəti dayanacaqda milis patrulu çağırıb. Sakalauskas silahlı olmasına baxmayaraq milislərə müqavimət göstərməyib.
Tibbi ekspertlər Sakalauskasın zorlanma faktını təsdiq ediblər. Həmçinin onun psixoloji durumunda problemlər də aşkarlanıb. Məhkəməyə hələ xidmətinin ilk ayında Sakalauskasın hərbi hissə rəhbərliyinə ünvanladığı bir neçə məktub da təqdim olunub. Həmin məktublarda o, daha çox xidmət etmiş əsgətlər tərəfindən incidildiyini və xidməti yerinin dəyişdirilməsi ilə bağlı hərbi hissə komandirinə müraciət edib.
Bir neçə ay davam edən məhkəmə yuxarıdakıları nəzərə alaraq Sakalauskası psixi xəstəliklər dispanserinə məcburi müalicəyə göndəriblər.
SSRİ süquta uğradıqdan sonra isə Litva öz vətəndaşını Rusiyadan geri qaytarıb. Beləliklə, Sakalauskas “dedovşina” rejiminə görə güllələdiyi 8 nəfərə görə bir gün də olsun həbsxanada cəza çəkməyib.
Sakalauskasın gələcək taleyi məlum olmayıb. Kimlərsə onun Kaunas ətrafındakı qəsəbələrin birində yaşadığını söyləyib.
Digərlərinin söylədiklərinə görə isə, o, Litvaya qayıtdıqdan sonra xəstəxanada vəfat edib.
Dəqiq fakt isə odur ki, sovet ordusunda hökm sürən “dedovşina” rejimi çoxlarının taleyinin üstünə beləcə qara xətlər çəkib.
Tarix: 9-06-2025, 08:35 Oxunub: 768
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
8-10-2024, 10:41
3 vəkili öldürülən, güllələnmə qərarı verilən Əhmədov...
24-07-2020, 17:56
Samir Qurbanov: “İşğal altındakı ərazilərdə qanunsuz fəaliyyətə beynəlxalq səviyyədə reaksiya verilməlidir”
18-12-2024, 14:19
İlham Əliyev "Rossiya Seqodnya"nın baş direktoruna müsahibə verdi
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
26-05-2025, 10:43
İlham Əliyev əfv sərəncamı imzaladı - SİYAHI
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
19-01-2021, 09:19
QAN YADDAŞI...- 20 Yanvar – Xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi
2-07-2021, 13:31
QANBAYEVLƏR nəslinin “Hüquq Mühafizə Orqanları”na həsr etdikləri töhfələri, rəşadəti, Vətənə, Dövlətə sədaqəti ilə fəxr etməyə dəyər!
6-01-2021, 15:49
QORBAÇOV ERMƏNİLƏRDƏN NİYƏ ÜZ ÇEVİRDİ?
30-03-2023, 09:25
Əli Nağıyevi gözdən salma və DTX-ya qarşı təxribat kampaniyası - Ata öz oğlunun ölüm səbəbinin araşdırılmasını niyə istəmir?
10-11-2023, 11:02
“007 zərərsizləşdirildi...” – 15 ay hakimiyyətdə olan Andropovun 15 saniyəyə çıxartdığı dəhşətli qərar
25-04-2023, 07:33
"İNSANI QATİLƏ ÇEVİRƏN SƏBƏB - QADIN" - AYGÜN SADİQ
23-12-2021, 17:08
Qazilərə birdəfəlik ödəniş veriləcək - FƏRMAN + MƏBLƏĞLƏR
5-05-2023, 08:00
"Heydər Əliyev və Azərbaycan səhiyyəsi" - Nasir Əhmədov
15-04-2025, 10:48
Qəzzafinin misilsiz qəddarlığı – onun əmri ilə Əbu Səlim türməsində bir gündə 1265 məhbus güllələnib
13-12-2023, 10:31
Moskvada Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib - FOTO
















