Hərbçimiz minaya düşdü

Azərbaycan Ordusunun hərbi qulluqçusu minaya düşüb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mayın 29-da saat 10:10 radələrində Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin əraziləri mina və partlamamış döyüş sursatlarından təmizləməsi zamanı hərbi qulluqçumuz Sadıqov Xudaverdi Həsən oğlu ermənilər tərəfindən basdırılmış piyada əleyhinə minaya düşərək sol ayağından xəsarət alıb.

Dərhal ilkin tibbi yardım göstərilən hərbi qulluqçumuz ixtisaslı müayinə və müalicə olunması üçün yaxınlıqdakı hərbi hospitala təxliyə olunub.

Hərbi Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.


Tarix: 29-05-2025, 17:53 Oxunub: 479


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930