09:45 / 07-10-2026
Qazaxda mübahisə qan tökməklə yekunlaşdı- Video
10:43 / 06-10-2026
Rəna Bayramova: "Mühüm siyasi hadisə"
10:51 / 05-10-2026
Anar Nəbiyev: "YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
06:11 / 05-10-2026
"Həsrətin səndən də vəfalı imiş..." - Habil Əsgəroğlu
05:36 / 05-10-2026
Müəllimlik dünyada ən çətin, ən şərəfli peşədir
07:23 / 03-10-2026
Oğuzda “Müəllimə ehtiram, biliyə inam” adlı intellektual bilik yarışması keçirilib
15:13 / 01-10-2026
Babək Vələdov: İlk azad edilən şəhər
13:34 / 01-10-2026
Anar Nəbiyev: "Biz bu gün xalqımızın yeni tarixini yazırıq"
09:31 / 01-10-2026
Prokurorluq işçilərinin peşə bayramı - 01 oktyabr
06:05 / 01-10-2026
Kollec direktoru anım günündə özünə ad günü keçirtdi
17:34 / 30-09-2026
Gülnar Səmanın “Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub
14:17 / 30-09-2026
Anar Nəbiyev: "Qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu"
14:09 / 30-09-2026
"Şairlik hər ağıllıya qismət olmayan dəlilikdir" - Mürvət Qədimoğlu Həkəri
12:41 / 30-09-2026
Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular
14:57 / 28-09-2026
Polad Ağakişiyev: İqtisadi imkanlar şaxələndirilir
10:21 / 28-09-2026
Anar Nəbiyev: Azərbaycan investisiya cəlbediciliyini qoruyur
11:59 / 25-09-2026
Anar Nəbiyev: Bu tarix əbədi yaşayacaq
11:13 / 24-09-2026
Anar Nəbiyev: Dövlət proqramları ölkə iqtisadiyyatını gücləndirəcək
08:43 / 24-09-2026
Paşa Hadıyev: Dağ-mədən və metallurgiya sənayesində yeni mərhələ
15:35 / 23-09-2026
Asəf Salmanov: "Şəhidlər bizim qəlbimizdə əbədi yaşayacaq"
14:51 / 21-09-2026
Cavahir Əhmədova: Uğurlu siyasətin böyük nailiyyəti
11:46 / 21-09-2026
Anar Nəbiyev: Biz çox geniş coğrafi məkanda yerləşirik
09:16 / 21-09-2026
Çingiz Məmmədov - "Birliyin, həmrəyliyin təzahürü"
21:48 / 20-09-2026
Qazax Dövlət Sosial-İqtisadi Kollecində “acı bağırsağ”ı kim uzadır?
19:02 / 19-09-2026
Surə Qasımlı - "NİKAH MÜQAVİLƏSİ VƏ ONUN SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ"
06:14 / 19-09-2026
Paşinyan İlham Əliyevə minnətdarlığını bildirib
06:09 / 19-09-2026
Bakıda və Sumqayıtda ağacları qanunsuz kəsdilər: Təbiətə 40 min manata yaxın ziyan vuruldu
05:51 / 19-09-2026
DTX-dən 5 ölkədə sinxron əməliyyat: Azərbaycanda qətllər planlaşdıran 10 terrorçu həbs olundu - VİDEO
19:36 / 18-09-2026
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi hara baxır?! - ARAŞDIRMA
14:55 / 18-09-2026
Anar Nəbiyev: "Birliyin nümunəsi"
SSRİ-nin dövründə kosmosa uşan Kirkalyov yerə qayıdanda artıq SSRİ mövcud olmayıb
12 aprel Ümumdünya Aviasiya və Kosmonavtika Günüdür.
Bölməyə aid digər xəbərlər
12 aprel Ümumdünya Aviasiya və Kosmonavtika Günüdür. 1961-ci ilin aprelin 12-də SSRİ vətəndaşı Yuri Qaqarin bəşər tarixində ilk dəfə kosmosa uçub.
Kosmonavtın uçuşu 108 dəqiqə davam edib. Bununla da Yuri Qaqarin kosmosun fəthi erasının əsasını qoyub.
Kosmosun ilk dəfə fəth edilməsində SSRİ-nin adını dünyada birinciliyə gətirən Qaqarin haqqında çoxsaylı kitablar yazılıb, minlərlə məqalələr dərc olunub, filmlər çəkilib, onun adı SSRİ tarixinə ilk kosmonavt kimi həkk olunub.
Diqqət çəkən məqamlardan biri odur ki, kosmonavtika sahəsində daha yüksək göstəricilər əldə edən digər kosmonavtlar Qaqarin qədər məhşurlaşmayıblar, şöhrət qazanmayıblar.
Burada səbəb Qaqarinin SSRİ-nin ilk kosmanavtı olmasıdırsa, gərək heç olmasa SSRİ-nin sonuncu kosmonavtı da Qaqarinin adı qədər məşhurlaşaydı. Yəqin ki, bu məslədə də SSRİ-dəki ictimai-siyasi vəziyyət böyük rol oynayıb.
Əslində SSRİ-nin sonuncu kosmonavtı Sergey Krikalyovun sovet kosmonavtikasında, onun inkişafında xidmətləri Qaqarinin xidmətlərindən qat-qat çox olub.
Eyni zamanda Krikalyovun əldə etdiyi göstəricilər, uzun illər kosmosda ən çox qalma rekordunu saxlaması dünya kosmonavtika tarixində xüsusi yer tutub.
Ən maraqlı məqam isə odur ki, Krikalyov kosmosa SSRİ-dən uçub, qayıdanda Rusiyaya eniş edib. O, dünya kosmonavtika tarixində yeganə kosmonavt olub ki, onun kosmosda olduğunu yerdə “unudublar”.
Sergey Krikalyov 1958-ci ildə Leninqradda hərbçi ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Leninqrad Mexanika İnstitutunda ali təhsil alıb.
O, tələbə olduğu illərdə eyni zamanda Moskvadakı Uçuş-sınaq Mərkəzində üç il təlimlərdə iştirak edib. Ali təhsilini başa vurduqdan sonra Krikalyov bir müddət Korolyov adına Kosmik Raketlər Korporasiyasında sınaqçı pilot kimi xidmət edib.
Krikalyov 1988-ci ilin yanvar ayında Kosmonavtlar Dəstəsinə qəbul olunaraq kosmosa ilk uçuşuna hazırlaşıb.
On aylıq təlim və məşqlərdən sonra 26 noyabr 1988-ci ildə o, “Soyuz TM-7” kosmik gəmisi ilə ilk uçuşunu həyata keçirib. Krikalyov bu uşuç zamanı 151 sutka 11 saat kosmosda, “Mir” stansiyasında qalıb.
24 aprel 1989-cu ildə yerə uğurla eniş edən kosmonavt bir aylıq məzuniyyətdən sonra ikinci uçuşuna hazırlığa başlayıb.
15 may 1991-ci ildə Krikalyov “Soyuz TM-12” kosmik gəmisi ilə növbəti dəfə kosmosa uçub. Bu uçuş kosmosdakı “Mir” stansiyasında 4 ay ərzində tapşırıqların yerinə yetirilməsindən ibarət olub.
Krikalyov stansiyaya çatdıqdan sonra orada olan digər üç kosmonavt onun gəmisi ilə yerə qayıdıblar. Avqust ayına qədər Krikalyov “Mir” stansityasında bütün tapşırıqları icra edib və qayıtmaq üçün kosmik gəmini gözləyib.
Amma yerdəki hadisələr, avqust hadisələri, SSRİ-nin süquta aparan olaylar göylərə də təsir edib. “Mir” stansiyasında qalan kosmonavtlar unudulub, onların arxasınca kosmik gəmi göndərilməyib.
Məhz həmin qarışıq ərəfədə Kosmik Uçuş Mərkəzinin büdcəsinə vəsait köçürülmədiyindən mərkəzin kosmosa gəmi göndərmək imkanı olmayıb.
Bu imkansızlığın sayəsində Krikalyov nəzərdə tutulduğundan yeddi ay artıq kosmosda qalıb. Nəhayət, 25 mart 1992-ci ildə Krikalyovun yerə qayıtması üçün “Mir” stansiyasına kosmik gəmi göndərilib.
SSRİ-nin dövründə kosmosa uşan Kirkalyov yerə qayıdanda artıq SSRİ mövcud olmayıb.
Kirkalyov sovet kosmonavtları arasında yeganə kosmonavtdır ki, o, həm Sovet İttifaqı Qəhrəmanı, həm də Rusiya Federasiyasının qəhrəmanı adları ilə təltif edilib.
Kosmonavt bu tarixi uçuşundan sonra daha dörd dəfə kosmosu fəth edib.
1994-cü ildə Krikalyov ilk dəfə amerikalı astronavtlarla ABŞ istehsalı olan kosmik gəmi ilə kosmosa uçub.
Bu uçuş sakitliklə ötüşməyib. Belə ki, amerikalıların səma maşınında rütubət nəticəsində ventilyasiya sistemi sıradan çıxıb. Müvafiq qaydalara görə kosmik gəmilərdə nasazlıq yarananda kosmonavtlar yerdən təlimat gözləməli olublar.
Ancaq bu dəfə göydəkilər yerdən bir neçə saat ərzində heç bir təlimat almayıblar. Vəziyyətin gərginliyini nəzərə alan Krikalyov kosmik gəminin ventilyasiya sistemimi özü təmir edərək işlək vəziyyətə gətirib. Yerə enişdən sonra jurnalistlər kosmonavtın bu işini qəhrəmanlıq kimi təqdim ediblər. Jurnalistlərdən biri ona “əgər mühərrik xarab olsaydı nə edərdiniz” sualına Krikalyov belə cavab verib:
-"Amerikalı həmkarlarımızla adımız fərqli olduğu kimi (astronavt və kosmonavt) bacarığımız da fərqlidir. Təbii ki, mühərrikdə problem yaransaydı, mən gözləməyəcəkdim ki, amerikalı mütəxəssislər nə vaxt bizə məsləhət verəcəklər.
Lazım olan cihazları götürüb işə başlayacaqdım. Bu məndə alınacaqdı. Necə ki, indi alındı."
Hazırda 65 yaşlı kosmonavt kosmosa uçmağa hazırlaşmasa da, o, yenə də öz sahəsi üzrə yüksək vəzifələrdə çalışır.
Zakir Osmanov
Tarix: 13-04-2025, 08:33 Oxunub: 556
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
12-04-2021, 10:04
Dünyanı silkələyən SƏYAHƏT - Adi fəhlə oğlu necə məşhurlaşdı...
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
18-12-2024, 14:19
İlham Əliyev "Rossiya Seqodnya"nın baş direktoruna müsahibə verdi
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
30-03-2023, 09:25
Əli Nağıyevi gözdən salma və DTX-ya qarşı təxribat kampaniyası - Ata öz oğlunun ölüm səbəbinin araşdırılmasını niyə istəmir?
7-06-2024, 09:38
Ən çox baxılan və tövsiyə olunan - Filmlər
31-05-2024, 10:10
Azərbaycanda insan hüquqlarının etibarlı müdafiəsi: görülən işlər və perspektivlər - Emin Novruzov
5-05-2023, 08:00
"Heydər Əliyev və Azərbaycan səhiyyəsi" - Nasir Əhmədov
25-10-2021, 11:02
“Şkola”ya qarşı “məktəb”i, “uçitel”ə qarşı “müəllim”i çıxaran Azərbaycanlı ilk türk qəzetəçisi Həsən bəy Zərdablı..”
3-03-2022, 11:51
"Tanrıyla və təbiətlə ünsiyyət dünyadakı bütün ünsiyyətlərdən üstündür" - Natəvan Dəmirçioğlu
29-01-2021, 21:02
AŞIQ ƏLƏSGƏR -200 İL... AŞIQ ƏLƏSGƏR NİZAMİ GƏNCƏVİDƏN SONRA DÜNYƏVİ FİLOSOF ŞAİRDİR...
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
















