09:45 / 07-10-2026
Qazaxda mübahisə qan tökməklə yekunlaşdı- Video
10:43 / 06-10-2026
Rəna Bayramova: "Mühüm siyasi hadisə"
10:51 / 05-10-2026
Anar Nəbiyev: "YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
06:11 / 05-10-2026
"Həsrətin səndən də vəfalı imiş..." - Habil Əsgəroğlu
05:36 / 05-10-2026
Müəllimlik dünyada ən çətin, ən şərəfli peşədir
07:23 / 03-10-2026
Oğuzda “Müəllimə ehtiram, biliyə inam” adlı intellektual bilik yarışması keçirilib
15:13 / 01-10-2026
Babək Vələdov: İlk azad edilən şəhər
13:34 / 01-10-2026
Anar Nəbiyev: "Biz bu gün xalqımızın yeni tarixini yazırıq"
09:31 / 01-10-2026
Prokurorluq işçilərinin peşə bayramı - 01 oktyabr
06:05 / 01-10-2026
Kollec direktoru anım günündə özünə ad günü keçirtdi
17:34 / 30-09-2026
Gülnar Səmanın “Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub
14:17 / 30-09-2026
Anar Nəbiyev: "Qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu"
14:09 / 30-09-2026
"Şairlik hər ağıllıya qismət olmayan dəlilikdir" - Mürvət Qədimoğlu Həkəri
12:41 / 30-09-2026
Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular
14:57 / 28-09-2026
Polad Ağakişiyev: İqtisadi imkanlar şaxələndirilir
10:21 / 28-09-2026
Anar Nəbiyev: Azərbaycan investisiya cəlbediciliyini qoruyur
11:59 / 25-09-2026
Anar Nəbiyev: Bu tarix əbədi yaşayacaq
11:13 / 24-09-2026
Anar Nəbiyev: Dövlət proqramları ölkə iqtisadiyyatını gücləndirəcək
08:43 / 24-09-2026
Paşa Hadıyev: Dağ-mədən və metallurgiya sənayesində yeni mərhələ
15:35 / 23-09-2026
Asəf Salmanov: "Şəhidlər bizim qəlbimizdə əbədi yaşayacaq"
14:51 / 21-09-2026
Cavahir Əhmədova: Uğurlu siyasətin böyük nailiyyəti
11:46 / 21-09-2026
Anar Nəbiyev: Biz çox geniş coğrafi məkanda yerləşirik
09:16 / 21-09-2026
Çingiz Məmmədov - "Birliyin, həmrəyliyin təzahürü"
21:48 / 20-09-2026
Qazax Dövlət Sosial-İqtisadi Kollecində “acı bağırsağ”ı kim uzadır?
19:02 / 19-09-2026
Surə Qasımlı - "NİKAH MÜQAVİLƏSİ VƏ ONUN SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ"
06:14 / 19-09-2026
Paşinyan İlham Əliyevə minnətdarlığını bildirib
06:09 / 19-09-2026
Bakıda və Sumqayıtda ağacları qanunsuz kəsdilər: Təbiətə 40 min manata yaxın ziyan vuruldu
05:51 / 19-09-2026
DTX-dən 5 ölkədə sinxron əməliyyat: Azərbaycanda qətllər planlaşdıran 10 terrorçu həbs olundu - VİDEO
19:36 / 18-09-2026
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi hara baxır?! - ARAŞDIRMA
14:55 / 18-09-2026
Anar Nəbiyev: "Birliyin nümunəsi"
"Qədr gecəsi qiymətli, dəyərli, şərəfli gecə deməkdir" - Tural İrfan
Qədr gecəsi, qiymətli, dəyərli, şərəfli gecə deməkdir. Quranın nazil olduğu gecədir. Ramazan ayının son on günlüyündə olması ehtimalı hədislərdə daha çox önə çıxarılıb. Ola bilsin son ongünlüyü insanlar daha çox ibadətlə keçirsinlər deyə Peyğəmbər özü bu gecəni gizlədib.
Bölməyə aid digər xəbərlər
Qədr gecəsi, qiymətli, dəyərli, şərəfli gecə deməkdir. Quranın nazil olduğu gecədir. Ramazan ayının son on günlüyündə olması ehtimalı hədislərdə daha çox önə çıxarılıb. Ola bilsin son ongünlüyü insanlar daha çox ibadətlə keçirsinlər deyə Peyğəmbər özü bu gecəni gizlədib.Ayın sonuncu tək günlərində olması, son yeddi gecələr içində olması, ayın 19, 21, 23 - də hətta 27 də olması barədə də nəqllər var. Amma mənim diqqətimi çəkən bir hədisdir: İmam Malikin "Muvatta" əsəri məlum olduğu kimi ilk mötəbər fiqh qaynağı və ikinci sağlam, qərəzsiz hədis mənbəyidir. Orada "Etikaf" babında 718-ci hədisdə qeyd olunur ki, Abdullah bin Uneys Peyğəmbərə yaxınlaşıb: - "Ya Rəsulullah, mənim evim uzaqdır, mənə bir gecə söylə ki, həmin gecə məscidə enim" - dedi. Peyğəmbər ona: "Ramazanın 23-cü gecəsi en" - dedi.
Ən doğrusunu Allah bilir. Lakin bu gecənin dəqiq hansı gecə olmasını nadir İslam alimlərindən müəyyən üsulla təyin edənlər də olub. Amma bu, elmi təyinatdır, dini dəlili tutarlı deyil.
Quranın endiyi Qədr gecəsi şübhəsiz ki, müəyyən bir gecədir, amma onu heç kəs dəqiq bilmir. Hətta tərəfdarları qeybi bildiyini iddia etdikləri heç bir İmam, övliya, mürşid, şeyx də cəsarət edib konkret bir gün barədə rəy verməyib. Çünki bu, bir sirri - Xudadır. Onu heç Peyğəmbər də bilməyib. "Mənə unutduruldu" deyib. (Muvatta, Etikaf kitabı).
Amma bir şey var: Qədr surəsində deyilir ki, o gecə min aydan daha xeyirlidir və həmin gecə mələklər və Ruh yerə enər. Və səhərə qədər əminamanlıq olar.
Təfsirçilər surədə qeyd olunan "Ruh"un mələk Cəbrail olduğunu deyiblər. Amma mələklər sözü işləndikdən sonra" Ruh" deyilir. Demək Ruh mələklərdən ayrıca bir varlıqdır. Cəbrail də mələkdir. "Mələklər" sözündə Cəbrayıl da, Mikayil də, İsrafil və Əzrail də var. Ruh isə tamam başqa varlıqdır. Mövzumuz o olmadığı üçün ona varmıram.
Surənin sonunda qeyd olunur ki, həmin gecə dan üzü açılana kimi əminamanlıq olar. "Əminamanlıq" sözünü necə qəbul edirik? Sağ salamatçılıq, heç bir savaş, müharibə, ölümün olmaması? Bəyəm Ramazanın son on günündə bu hadisələr baş vermir? Əlbəttə baş verir. Bəs onda surədə deyilən "səhərə qədər əminamanlıq olar" nə deməkdir? Əvvəlki ayədə o gecə "mələklərin də yerə endiyi" deyilir. Əzrail də mələkdir və vəzifəsi can almaqdır. Şübhəsiz ki, o, Qədr gecəsində yerə bayram təbrik etməyə gəlmir, can almağa enir. Çünki vəzifəsi odur. Demək "əminamanlıq" deyərkən "sağ salamatlıq" anlaşılmamalıdır. Çünki elə adamlar var ki, onun elə Qədr gecəsində canını Allaha tapşırması onun üçün əbədi əminamanlığa qovuşmaqdır. Yaxud elə pis adamlar var ki, onun da Qədr gecəsində canının şəxsən Əzrayıl tərəfindən alınması xalq üçün, əhali üçün, cəmiyyət üçün bir əminamanlıqdır. Çünki Əhli Beytdən nəql edilən çoxsaylı hədislərə görə bu Gecə həm də insanların yeni müqəddəratı təyin və təqdir olunur.
Ona görə həmin gecə ibadət edilir ki, ilahi təyinat, bölgü zamanı bəndələrin əməyi nəzərə alınsın.
Bu Gecə baş verən hadisələr zahirinə görə qiymətləndirilməməlidir. Mahiyyətinə, bəlkə hikmətinə görə dəyərləndirilməlidir. Həmin gecə biri ölürsə, demək onun ölməsi əminamanlıqdır. Ya özü üçün, ya da insanlıq üçün. Hadisələrin əsl səbəbi, hikməti insanlar üçün qaranlıqdır. Nəyin qədər, nəyin qəza olmasını belə çoxu müəyyən edə bilmir...
Tural İRFAN
İlahiyyatçı-yazar
Tarix: 17-03-2025, 06:51 Oxunub: 917
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
24-05-2022, 13:32
Azərbaycanda bu məscidlərin imamı yoxdur - SİYAHI
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
18-12-2024, 14:19
İlham Əliyev "Rossiya Seqodnya"nın baş direktoruna müsahibə verdi
28-03-2024, 10:56
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
3-03-2022, 11:51
"Tanrıyla və təbiətlə ünsiyyət dünyadakı bütün ünsiyyətlərdən üstündür" - Natəvan Dəmirçioğlu
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
13-12-2021, 15:24
Sevgilisini xalasıoğlu adı ilə evə gətirdi, gecə hamını yuxuya verib... – Azərbaycanda inanılmaz olay
7-03-2021, 11:59
"O görüşdə Fövqəladə hallar naziri, Daxili işlər naziri, Baş prokuror və Bakı meri də olub" — Sensasion məhkəmə işi
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
28-07-2020, 15:48
Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik etdi
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
29-01-2021, 21:02
AŞIQ ƏLƏSGƏR -200 İL... AŞIQ ƏLƏSGƏR NİZAMİ GƏNCƏVİDƏN SONRA DÜNYƏVİ FİLOSOF ŞAİRDİR...
27-02-2025, 11:58
Ramazan ayı nə vaxt başlayır və nə vaxt bitir?
8-03-2021, 22:50
8 Mart həm də Əli Həsənov üçün xüsusi gündür - Saxta tərcümeyi-hal
20-08-2022, 07:25
DÜNYANIN NAMƏLUM QANUNU: "KAİNATIN SİRRİNİ RƏQƏMLƏRLƏ AÇMAQ MÜMKÜNDÜR"
















