11:06 / 03-08-2026
Paşa Hadıyev: "Regional əməkdaşlığın yeni mərhələsi"
10:31 / 03-08-2026
Anar Nəbiyev: "Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi məkana çevrilib"
07:01 / 03-08-2026
Rektor Anar Eminov: "Düzgün ixtisas seçimi gənclərin gələcəyinə, ölkənin sabahına verilən strateji qərardır”
06:59 / 03-08-2026
Rektör Anar Eminov: "Doğru bölüm tercihi, gençlerin geleceğine ve ülkenin yarınlarına yapılan stratejik bir yatırımdır."
13:31 / 01-08-2026
Anar Eminov: “Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbit olunması Ümummilli lider Heydər Əliyevin öz xalqı, vətəni qarşısında müstəsna xidmətlərindən idi”
10:03 / 31-07-2026
Mingəçevir Dövlət Universiteti ali təhsil müəssisələrinin sərgisində təmsil olunur
08:32 / 30-07-2026
"Onkoloji xəstəlik qorxulu deyil, sağalan xəstəlikdir, bunun üçün həkimlə dostluq etmək lazımdir" - Elçin Mansurov
09:29 / 29-07-2026
Rektör Anar Eminov: “Bilimsel Gelişim, Hedef Odaklı Strateji ve Akademik Mükemmeliyetin Bir Sonucudur”
09:16 / 29-07-2026
Anar Eminov: “Elmi inkişaf məqsədyönlü strategiya və akademik mükəmməlliyin nəticəsidir”
14:45 / 28-07-2026
Anar Nəbiyev: "Azərbaycan dili milli və bəşəri dəyərləri ehtiva edir"
09:35 / 28-07-2026
Polad Ağakişiyev: "Dilimiz həmrəyliyimizin sarsılmaz təməlidir"
09:27 / 28-07-2026
Atlaz Rzayinin sənət bağçasından bir neçə yarpaq...
09:11 / 28-07-2026
SAHİB İBRAHİMOVUN DOĞUM GÜNÜDÜR!!!
16:24 / 24-07-2026
Esmira Şıxməmmədova: "Qarşılıqlı faydalı əməkdaşlıq modeli"
16:18 / 24-07-2026
YAP Qazax rayon təşkilatının yaradılmasının 33 illiyi münasibətilə tədbir keçirilib
13:23 / 24-07-2026
Anar Nəbiyev: Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ
05:37 / 23-07-2026
“Nə? Harada? Nə Zaman?” intellektual oyunu bu dəfə ŞƏKİDƏ...
18:31 / 22-07-2026
Qazaxda Milli Mətbuat Günü qeyd olunub
11:56 / 22-07-2026
Anar Eminov: "Ulu öndər Heydər Əliyev milli mətbuata dövlət qayğısının unikal nümunəsini yaratdı"
10:19 / 21-07-2026
Paşa Hadıyev: "Cəmiyyətin güzgüsü"
15:44 / 20-07-2026
Anar Nəbiyev: Ölkəmizdə ən müasir tələblərə cavab verən media mövcuddur
22:40 / 17-07-2026
Anar Eminov: "Gələcəyin universitetləri yaşıl düşüncənin, elmi innovasiyanın və sosial məsuliyyətin qovuşduğu məkan olacaq"
14:23 / 17-07-2026
Murğuz Alıyev: Uğurla inkişaf edən münasibətlər
11:31 / 15-07-2026
Anar Nəbiyev: "Şuşa əməkdaşlıq məkanına çevrilib"
15:11 / 14-07-2026
Qazaxda Ümummilli Lider Heydər Əliyevin 14 iyul 1969-cu il tarixdə Azərbaycanda siyasi hakimiyyətə gəldiyi gün münasibətilə tədbir keçirilib
08:40 / 08-07-2026
Çingiz Məmmədov: Qarşılıqlı faydalı münasibətlə
21:59 / 07-07-2026
"Qazaxda qonağa hörmət, sənətə məhəbbət və Vətən sevgisi hər zaman uca tutulur" - Rauf İlyasoğlu
10:53 / 07-07-2026
Anar Nəbiyev: "Azərbaycan-Avropa İttifaqı: əlaqələrin yeni mərhələsi"
Ayaz Salayev, yoxsa Sabir Rüstəmxanlı: Kim haqlıdır?
Sabiq millət vəkili Sabir Rüstəmxanlı ilə kinoşünas Ayaz Salayev arasında qalmaqal yaranıb.
"Əgər bu ölkədə hər kəs türkcə danışırsa, demək, doğma dilində danışır. Dilimiz Türk dilləri ailəsinin Qərb qrupuna məxsusdur. Türkcə danışmaqda qeyri-adi, təbii olmayan heç nə yoxdur. Dilimiz Oğuz dil yarımqrupunda olduğundan bu bölgüdə yer alan digər türk xalqlarını daha rahat anlaya və qavraya bilir. Türk dilinin hansısa təhlükələr yaratmasında iddia etmək məsələyə diletant yanaşmaqdır. Tarixi baxımdan "Azərbaycan dili və azərbaycanlı” anlayışlarının tarixi 1938-ci ildən başlayır. Bu qərar da sovet diktatoru Stalinin göstərişi ilə verilib, dilimiz türk dili adınından dəyişdirilərək, Azərbaycan dili adlandırılıb. Stalinin türklərə qarşı bununla yetinməyib, Türküstan coğrafiyasının da adı dəyişdirilib, Orta Asiya adlandırılıb. Dilimizin türk dilindən başqa bir adı olsaydı, Güney Azərbaycanda yaşayan 30 milyondan çox soydaşımız özlərinə türk deməzdi”.
Bölməyə aid digər xəbərlər
Sabiq millət vəkili Sabir Rüstəmxanlı ilə kinoşünas Ayaz Salayev arasında qalmaqal yaranıb. Baku TV-yə dəvət olunan qonaqların mübahisəsinə səbəb Ayaz Salayevin fikirləri olub. Belə ki, Moskvada təhsil aldığı üçün özünü şanslı hesab etdiyini deyən Salayev "rus dili Azərbaycan dili üçün təhlükəli deyil. Lakin türk dili təhlükəlidir” deyə bildirib.
Ayaz Salayev vurğulayıb ki, artıq çoxları məsələn, "qəsəbə” deyil, "kasaba” ifadəsindən istifadə edir.
Onun bu fikri Sabir Rüstəmxanlının xoşuna gəlməyib və ona etirazını bildirib:
"Ayaz bəy, bu, elə sənin Moskvada oxumağının nəticəsində yaranmış bir təfəkkürdür ki, türk dilini təhlükə hesab edirsən. Bu dil mənim öz dilimdir, necə təhlükəli ola bilər?”
Qeyd edək ki, bu gün Azərbaycan dilinin ədəbi normallarına əməl olunmaması adi hala çevrilib. Telekanal və radio aparıcıları da dilimizin norma və tələblərinə məhəl qoymurlar. Yerli-yersiz rus və türk sözlərinin işlədilməsi də narazılıqla qarşılanır.
Media eksperti Qulu Məhərrəmli Qaynarinfo-ya açıqlamasında bildirib ki, Sabir Rüstəmxanlı - Ayaz Salayev arasında olan dialoqa iki aspekdən yanaşmaq olar:
"Detallarda həqiqət üzə çıxmır, odur ki, bu məsələyə bir az konseptual yanaşmaq lazımdır. Yəni məsələyə geniş yanaşanda tərəflərin hər birinin fikirində həqiqət var. Birincisi, Sabir Rüstəmxanlı doğru deyir. Yəni, rus dili məktəblərinin genişlənməsi, rus dilində təhsilin geniş qol-qanad açması bizim üçün ciddi təhlükədir. Bu, yalnız milli kimlik məsələsinə toxunmur. Ümumiyyətlə, burada Azərbaycanın gələcəyi ilə bağlı problemlər var. Ona görə də rus dilində olan məktəblərinin sayının azalması çox önəmlidir və vacibdir. Bu proses getməlidir. Nə qədər zərərli düşüncə hesab etsək də, bu gün Azərbaycan dilinin müxtəlif dillərin təzyiqinə məruz qalması faktı mövcuddur. Məsələn, əvvəllər bu təzyiqlər daha çox rus dilindən gəlirdi, amma bu gün Azərbaycan dilinə rus dili ilə yanaşı ingilis dilinin də müəyyən təsiri var. Türk dili ilə bağlı məsələ incədir. Ona görə də bunlardan qorxmağa ehtiyac yoxdur”.
Araşdırmaçı jurnalist Rəsul Mirhəşimli isə Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu ölkədə təhlükə türk dili deyil, rus məktəbləridir:
"Əgər bu ölkədə hər kəs türkcə danışırsa, demək, doğma dilində danışır. Dilimiz Türk dilləri ailəsinin Qərb qrupuna məxsusdur. Türkcə danışmaqda qeyri-adi, təbii olmayan heç nə yoxdur. Dilimiz Oğuz dil yarımqrupunda olduğundan bu bölgüdə yer alan digər türk xalqlarını daha rahat anlaya və qavraya bilir. Türk dilinin hansısa təhlükələr yaratmasında iddia etmək məsələyə diletant yanaşmaqdır. Tarixi baxımdan "Azərbaycan dili və azərbaycanlı” anlayışlarının tarixi 1938-ci ildən başlayır. Bu qərar da sovet diktatoru Stalinin göstərişi ilə verilib, dilimiz türk dili adınından dəyişdirilərək, Azərbaycan dili adlandırılıb. Stalinin türklərə qarşı bununla yetinməyib, Türküstan coğrafiyasının da adı dəyişdirilib, Orta Asiya adlandırılıb. Dilimizin türk dilindən başqa bir adı olsaydı, Güney Azərbaycanda yaşayan 30 milyondan çox soydaşımız özlərinə türk deməzdi”. O ki qaldı Azərbaycan ədəbi dilinin dəyişdirilməsi təhlükəsi ilə üzləşməsinə, jurnalist qeyd edib ki, bu iddia da özünü doğrulda bilməyəcəklər sırasındadır:
"Heç bir dilin ədəbi norması kənar təsirlərlə sıradan çıxmır, təhriflərə uğramır. Türk xalqlarına inteqrasiya etdikcə bəzən uzun müddət unudulmuş sözlərin dilimizə qaytarılması hadisəsi baş verir. Bu hal bəzən xalq arasında az işlənən, yaxud unudulmuş sözlərin də ədəbiyyata gətirilməsi ilə də özünü göstərir. Bizdə çox zaman Türkiyədəki danışıq tərzinin dilimizə yansıdığını deyirik, lakin eyni hal Azərbaycandan Türkiyəyə təsirində də özünü göstərir”.
R.Mirhəşimli vurğulayıb ki, dilə başqa dillərdən sözlərin gəlməsi dinamik prosesdir:
"Bizə başqa dillərdən sözlər gəldiyi kimi, bizdən də başqa dillərə sözlər keçir. Bu gün Rusiyanın hərbi terminlərində yer alan sözlərin böyük əksəriyyəti türk dilindən keçib. Türkiyə telekanallarının Azərbaycanda daha çox tamaşaçı kütləsi toplaması Anadolu türkcəsinin də təsirini qaçılmaz edir. Bundan narahat olanlar Azərbaycan telekanallarındakı populyar verilişləri qonşu davası müstəvisindən çıxarıb, xalqımızın mədəniyyətini, etnoqrafiyasındakı gözəllikləri təbliğ edən proqramlar səviyyəsinə qaldırsınlar, tamaşaçılarımız da yerli televiziyaların izləyicilərinə çevrilsinlər. Bu ölkədə təhlükə dilimizin "türk dilinin təsirinə məruz qalması” deyil, rusdilli məktəblərin çoxluğudur. Bu məktəblərdə təhsilin keyfiyyətini iddia edənlər kiçik bir araşdırma aparıb, faiz nisbətini ortaya qoysunlar, görək, rus məktəblərini bitirənlərdən neçə faizi ali məktəblərə qəbul olunur”.
Sonda Rəsul Mirhəşimli qeyd edib ki, Azərbaycan dili türk dilinin təsiri ilə heç bir təhlükəyə məruz qalmır:
"Müxtəlif şivələrdə danışan bir millətin arasında inteqrasiya mühiti daha da genişlənir”.
Bahar Rüstəmli,
Qaynarinfo
Tarix: 20-02-2025, 15:09 Oxunub: 1 416
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
25-10-2021, 11:02
“Şkola”ya qarşı “məktəb”i, “uçitel”ə qarşı “müəllim”i çıxaran Azərbaycanlı ilk türk qəzetəçisi Həsən bəy Zərdablı..”
18-12-2024, 14:19
İlham Əliyev "Rossiya Seqodnya"nın baş direktoruna müsahibə verdi
30-07-2024, 18:25
Dil hər bir millətin milliliyinin əsasıdır - Anar Nəbiyev
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
29-04-2021, 22:33
DOĞUM GÜNÜNÜN BİR ADDIMLIĞINDA ÖLƏN YAZIÇI - Azər Abdulla
27-07-2022, 09:55
"Zəngin dil mədəniyyətinə sahib olan xalq parlaq gələcəyə malikdir" - Anar Nəbiyev
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
27-04-2023, 12:33
"Hər bir xalqın milliliyini yaşadan onun dilidir" - Anar Nəbiyev
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
3-03-2022, 11:51
"Tanrıyla və təbiətlə ünsiyyət dünyadakı bütün ünsiyyətlərdən üstündür" - Natəvan Dəmirçioğlu
6-09-2024, 12:27
BDU-da yoxlama aparıldı - Nöqsanlar aşkarlandı
28-05-2024, 14:00
Azərbaycanda Müstəqillik Günüdür
31-10-2021, 22:33
Natəvan Dəmirçioğlu: Tale ədəbiyyatımızı böyük əsərdən qısır qoymasın…
28-05-2021, 05:35
Azərbaycanda Respublika Günü qeyd OLUNUR
31-07-2023, 15:39
"Xalqı xalq, milləti millət edən onun ana dilidir" - Anar Nəbiyev
21-03-2021, 09:03
Qızlar məktəbi açmasın deyə öldürmək istədilər, NKVD zirzəmisində döyülməkdən ürəyi partladı - Dəhşətli faktlar!

















