“Kontakt”ın yeni sosial çarxı bütün ölkəyə səs salıb - Məktəblilərə notbuk hədiyyə edilir

“Kontakt” mağazalar şəbəkəsi yeni tədris ili ərəfəsində ucqar kəndlərdə yaşayan məktəbliləri sevindirməyə hazırlaşır. Şəbəkənin “Hekayənin bir parçası ol” adlanan bu layihəsi olduqca təsirli təqdimat videosu ilə diqqət çəkib.

Layihədə “Kontakt” eksklüziv tərəfdaşı olan “Hisense” brendi ilə birgə addımlayır. Belə ki, oktyabrın 1-dək “Kontakt” mağazalarında eləcə də, kontakt.az saytında “Hisense” məhsullarının satışından əldə olunan gəlirin bir hissəsi ucqar kəndlərdə yaşayan məktəblilərin təhsilini dəstəkləmək məqsədilə onlara notbukların alınmasına sərf ediləcək.

Qeyd edək ki, layihə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dəstəyi ilə həyata keçirilir. Bu layihədə “Hisense”la yanaşı, “Philips” brendi də məhsullarının satışından əldə olunan gəlir ilə məktəblilərin notbuk sahibi olmasına dəstək göstərəcək.


Tarix: 29-08-2024, 13:05 Oxunub: 408


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031