Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi vətəndaşlara müraciət edib

     Sərnişinlər taksi sahəsində qarşılaşdıqları problemlərlə bağlı həm taksi sifarişi operatoruna, həm də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sosial şəbəkə hesabları üzərindən, eləcə də “141” Çağrı Mərkəzinə müraciət edə və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumatları təqdim edə bilərlər.
ATİA.AZ  xəbər verir ki, bu barədə agentliyin vətəndaşlara müraciətində bildirilir.

    “Sifariş edilən və ünvana gələn taksilərin fərqli olması ilə qarşılaşan vətəndaşlara sifarişdən imtina etmələri, eyni zamanda həm bu halda, həm də taksi sürücülərinin davranışı, kondisionerdən istifadə edilməməsi və s. hadisə haqqında AYNA-ya məlumat vermələri xahiş olunur.
     Taksi vasitəsilə sərnişindaşımalarda xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər AYNA tərəfindən araşdırılacaq və taksi sifarişi operatorları ilə proqram təminatının verdiyi üstünlüklərdən istifadə edilərək neqativ halların qarşısının alınması üçün tədbir görüləcək.   Qanunvericiliyin tələblərini yerinə yetirməyən sürücülərin icazələri ləğv ediləcək”, – deyə müraciətdə qeyd olunub.


Tarix: 9-07-2024, 14:29 Oxunub: 422


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031