Bakıda 2 rayonun qazı kəsiləcək


Bu gün paytaxtın Sabunçu və Səbail rayonlarında qaz təchizatında fasilə yaranacaq. Nu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.
 
Bildirilib ki, “Nardaran QPS” ölçü qovşağından qidalanan “Hacı Seyfəl” orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, həmçinin Səbail rayonu, Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədi ilə mayın 3-də saat 10:00-dan qaz təchizatı dayandırılacaq.
 
Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Maştağa qəsəbəsinin Nizami küçəsinin və Bağlar massivinin, Səbail rayonu üzrə isə Badamdar qəsəbəsinin 3-cü yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Tarix: 3-05-2024, 10:55 Oxunub: 912


Bölməyə aid digər xəbərlər
28-02-2024, 19:42 Bu rayonlarda qaz kəsiləcək
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031