“Qayınana” filmində Cənnət xalanın evindəki mebel satışa çıxarılıb

    “Qayınana” filmində Cənnət xalanın evindəki mebel satışa çıxarılıb.
     Satışla bağlı elan saytlarının biri məlumat yayıb.
      Belə ki, filmdə yer alan mebel 2500 manata təklif olunur. Məlumatda mebelin təmirə ehtiyacı olduğu bildirilib.Qeyd edək ki, “Qayınana” filmi 1978-ci ildə çəkilib. Filmdə Cənnət xalanın yaşadığı ev kinostudiyanın ən böyük pavilyonlarından birində qurulub. Ümumilikdə, ekran əsərinin əksər epizodları kinostudiyanın pavilyonunda çəkilib. Filmin digər epizodları isə Nardaranda, İçərişəhərdə və dəniz sahilində lentə alınıb.


Tarix: 23-02-2024, 09:17 Oxunub: 399


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031