Mövqelərimiz yenə ATƏŞƏ TUTULDU

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub.
  Müdafiə  Nazirliyindən  verilən  məlumata   görə, oktyabrın 14-ü saat 00:40-dan saat 01:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Əlibayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.
Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Manset.az


Tarix: 14-10-2022, 09:02 Oxunub: 644


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031