Azərbaycanda bu rayonlar ləğv edildi - QƏRAR



Milli Məclis Gəncə şəhərinin Nizami və Kəpəz rayonlarının ləğv edilməsinə dair layihəni qəbul edib.
 
ATİA.AZ  xəbər verir ki, Bununla bağlı “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.
Layihədə Gəncə şəhərinin Nizami və Kəpəz rayonlarının ləğv edilməsi təklif edilir. Dəyişikliklə Nizami və Kəpəz rayonlarındakı inzibati ərazi dairələri Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilir.
Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.


Tarix: 4-03-2022, 12:55 Oxunub: 401


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031