Şəkidə ferma yandı

Şəki şəhərinin yaxınlığında fermada baş verən yanğın söndürülərək yaşayış massivinə, ətrafa yayılmasının qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Şəki şəhəri, B.Vahabzadə küçəsində ferma ərazisində yanğın hadisəsinin baş verməsi ilə bağlı məlumat daxil olub. Əraziyə dərhal bir neçə yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.

İlkin məlumata əsasən ferma ərazisində ümumi sahəsi 752 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, bitişik ümumi sahəsi 12 m² olan gözətçi otağının yanar konstruksiyaları və ətrafında 480 m² sahədə kol-kos yanıb. Yaxınlıqdakı tikililər, yaşayış massivi, sənaye obyektləri yanğından mühafizə olunub.
 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Faktla bağlı araşdırma başlanıb.


Tarix: 6-07-2024, 10:12 Oxunub: 3 141


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?
8-08-2022, 09:11 Bakıda inzibati bina yandı
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031