Gəncədə yanğın olan evdən meyit tapılıb

   Gəncə şəhəri Vaqif küçəsində yanğın olan fərdi evlərin birindən meyit aşkarlanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, ümumi sahəsi doqquz kvadratmetr olan birmərtəbəli birotaqlı evdə bir ədəd döşək qismən yanıb.
    Hadisə yerinə FHN-nin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin iki yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğın yerinin kəşfiyyatı zamanı bir nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
    Meyitin 1951-ci il təvəllüdlü Nasir Yadulla oğlu Tilayi olduğu müəyyənləşib. Onun ölüm səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.


Tarix: 29-03-2024, 23:21 Oxunub: 879


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031